
Ət qutabı
İncə xəmir, təzə çəkilmiş ət və xüsusi ədviyyatlar.
Qutablar əvvəlcədən deyil, sifarişiniz daxil olduqdan sonra hazırlanır.
Afət ustanın illərdir qorunan orijinal resepti Rüfətin təqdimatında davam edir.
Məclis, tədbir, ofis və böyük sifarişlər üçün əvvəlcədən əlaqə saxlaya bilərsiniz.
Hər qutab ailə reseptinə sadiq qalınaraq, keyfiyyətli ərzaqlarla və əl əməyilə hazırlanır.
Nazik xəmir, bol içlik və ənənəvi kürədə — daş sobada bişən qutablar. Afət ustanın ailədə qorunan resepti ilə hər sifarişi təzə hazırlayırıq.
Ənənəvi hazırlanma üsulunda hər mərhələ son nəticəyə təsir edir. Xəmirin dincəlməsi, kündənin eyni qalınlıqda açılması və içliyin düzgün paylanması dadın əsasını təşkil edir.

Coratda doğulub böyüyən Afət usta 40 ildən artıqdır qida sektorunda çalışır. Onun təcrübəsi və ailədə qorunan resepti bu işin əsasını təşkil edir.
Bu gün Əmirovlar ailəsi bu ənənəni davam etdirir: eyni resept, əl işi və sifarişdən sonra təzə hazırlanan qutablar.